Yaxınlarım hicab bağlamağıma mane olurlar, mən nə edim?

    03.05.2014
Sual: 
Salam aleykum. Men hicab baglamaq isteyirem, amma anam raziliq vermir. Nenem de hemchinin. Qarshima shert qoyurlar, ya hicab, ya da tehsil. Men hicab baglamaq isteyirem, amma tehsil de almaq isteyirem. Bu menim arzumdur. Chixilmaz veziyyetde qalmisham. Men onlara basha salmisham ki, hicab vacibdir. Onlar eslinde qorxurlar. Melumdur ki, gunumuzde dini duzgun tebliq etmirler. Onlar qorxur ki, men de onlara qoshularam. Allaha dua edirem ki, raziliq versinler. Men her ikisini isteyirem. Hem universitetde oxumaq, hem de hicab baglamaq. Men sizden meslehet isteyirem, xahish edirem ki, mene duzgun meslehet veresiz. Hansini secheceyimi bilmirem. Yalniz Allaha dua edirem. Kash ki, her iki arzuma yetsem. Duanin qebul olundugu zamanlar hansilardir? Ne olar, Allah rizasi uchun meslehet verin!
Cavab: 

Aleykum salam. Siz səbir edin, çünki siz doğru yoldasınız. Siz Uca Allahın buyurduğunu yerinə yetirmək - həm hicab bağlamaq, həm də təhsil almaq istəyirsiniz. Bu ikisi də çox savab əməllərdir. Siz təşvişə düşməyin və narahat olmayın. Valideynlərinizə də tədricən başa salın ki, bu əməllər arasında heç bir ziddiyyət yoxdur. Əksinə, bu bir-birini tamamlayan əməllərdir. Siz öz gözəl arzunuzu reallaşdırmağa - həm hicab bağlamağa, həm də təhsil almağa geniş ürəklə və alnı açıq şəkildə davam edin. Allah köməyiniz olsun. Hicab geyinməmək Allaha asi olmaqdır. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) demişdir: "Xaliqə (yaradana) asi olmaqda məxluqa (yaradılmışa) itaət edilməz". (İmam Əhməd, 1095).
 

Paylaş: