Adı Rəhman olan şəxsi bu adla çağırmaq olarmı?

    30.12.2021
Kimdən: 
e
Sual: 
salam aleykum.iş yoldaşlarımdan adi Rəhman olan var.Onlari necə çağıraq.İzah etsekde olmaz məhəl qoymur lar.
Cavab: 

Va aleykum Salam. Uca Allahın adları iki qisimdir:

1) Uca Allaha xas olan adlardır, məsələn Rəhman (Mərhəmətli), Xaliq (Yaradan), Razzəq (Ruzi verən), Saməd (Heç nəyə möhtac olmayan), Əhəd (Tək olan) və s. Bu adları insana qoyduqda mütləq qarşısına "abd" (qul) sözünü əlavə etmək lazımdır. Məsələn: Abdur-Rəhman, Abdul-Xaliq və s. Çünki bu adların mənaları Allaha xasdır.  

Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Allaha xas olan adları insana qoymağı qadağan edərək demişdir: "Qiyamət günü Allah yanında ən çirkin ad, özünü padşahlar padşahı (hökmdarlar hökmdarı, şahlar şahı) adlandıran kimsənin adı ola­caq". (əl-Buxari, 6205).

2) Allaha xas olmayan adlardır. Məsələn, Rauf (Şəfqətli), Rəhim (Rəhmli), Kərim (Səxavətli), Əziz (Güclü) və s. Bu növ adları Uca Allah insanlara da aid etmişdir. Uca Allah Peyğəmbərini (ona və ailəsinə Allahın salavatı və salamı olsun) şəfqətli və rəhmli vəsf edərək buyurur: "Sizə özünüzdən elə bir Elçi gəl­di ki, sizin əziyyətə düş­mə­yi­niz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəf­qətli, rəhm­lidir" (ət-Tövbə, 128).

Rəhman adı Uca Allaha xas olan ad olduğu üçün hər hansı bir insanı Rəhman deyə müraciət etmək olmaz. Bu insana Rəhman adını dəyişib Abdur-Rəhman etməsini tövsiyə edin. Həmçinin oxuyun:

Uşağa ad qoymaq barədə

Paylaş: