Hədisdə bildirilən "iyi məlum rəngi gizli olan ətir" nə deməkdir?"
Sual:
Salam. “İyi məlum rəngi gizli olan ətir nə deməkdir?”
Cavab:
Va aleykum Salam. Yəqin sualda bu hədisi nəzərdə tutursunuz: İmran ibn Husayn (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurub: "Kişilərə məxsus gözəl ətirlərin ən yaxşısı iyi açıq, rəngi gizli olandır. Qadınların ətirlərinin ən yaxşısı isə rəngi açıq olan, görünən və iyi ətrafa yayılmayandır". (Sunən ət-Tirmizi "Ədəb", 35). Hədisi şərh edən alimlər demişlər: "Yəni kişilərə layiq olan ətir müşk, ənbər və güldən düzələn ətirlər kimi rəngi olmayan, lakin ətri aydın hiss olunan ətirlərdir. Qadına layiq olan ətir isə zəfəran kimi rəngi olan, lakin iyi hiss olunmayan ətirlərdir". Həmçinin oxuyun: