Qızın atasının və ya anasının razılığı kəbin sayılırmı?
Sual:
Salam aleykum. Sualım bundan ibarətdir ki, əgər qızın atası Yaxud anası nigah üçün razılıq veribsə, Nigah əqdi vacibdirmi? Yanında şahidlərdə olub. Sadəcə nikah əqdi yoxdur, yəni nikah kəsilməyib.
Cavab:
Va aleykum Salam. Əvvəla bunu qeyd edək ki, nikahın doğru sayılması kəbin kəsdirmək vacibdir və bunun üçün qızın vəlisinin (atasının, yoxdursa qardaşının və s.) izni və iki şahidin iştirakı şərtdir. Nikahda qızın anasının izni kifayət etmir. Qızın atasının şahidlərin hüzurunda olsa belə, qızını verməyə razı olduğunu bildirməsi nikah sayılmır, çünki ola bilsin bu razılıq nişan üçün verilmişdir. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Hər hansı bir qadın, vəlisinin izni olmadan nikah bağlayarsa, onun nikahı batildir, onun nikahı batildir, onun nikahı batildir...". (İbn Macəh, 1524). Kəbin bağlamağın şərtləri barədə daha ətraflı oxuyun: Nikah bağlamağın qaydaları