Yalan vədlər verib evlənən kişi buna görə günah qazanırmı?

    30.12.2021
Sual: 
salam. Bilmek isdiyerdim eger kisi qadina yalan veedler verib aile qurursa bu ne derece düzgündür? yeni yalan ailesi ile birlikde yalan danisiblarsa qadinin haqqina girmis sayılırlarmı?
Cavab: 

Va aleykum Salam. Uca Allah verilən vədləri yerinə yetirməyi əmr edərək buyurur: "Əhdə vəfa edin. Çünki hər kəs əhd barəsində sorğu-sual olunacaqdır". (əl-İsra, 34). Həmçinin, buyurur: "Ey iman gətirənlər! Əhd­ləri­nizi ye­rinə yetirin" (əl-Maidə, 1). İbn Kəsir bu ayənin təfsirində İbn Abbas, Mucahid və başqalarının izahlarını gətirmişdir: "Burada "əhdlər" dedikdə, vədlər nəzərdə tutulur”. İbn Cərir bu məsələdə təfsir alimləri arasında yekdil rəyin olduğunu nəql etmiş və demişdir: "Əhdlər, and içilirək və ya buna bənzər şəkildə verilən vədlərdir".

Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) evlənərkən verilən vədləri yerinə yetirməyin vacib olduğunu xüsusilə qeyd edərək demişdir: "Şərtlər arasında yerinə yetirilməyə ən əhəmiyyətlisi, nigah zamanı qoyulan şərtdir, çünki bununla cütlüklər (namusları) bir-birilərinə halal olur". (əl-Buxari, 2721-2572; Muslim, 1418).

Əgər kişi evlənərkən verdiyi vədləri yerinə yetirmirsə, bununla qadının haqqına girmiş olur və buna görə günah qazanır. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: