Yalan danışmaqdan tövbə edərkən yalan danışdığımız adamdan halallıq almaq lazımdırmı?

    24.02.2022
Sual: 
Salam. Men yalan danışmışam ve tövbe etmek isteyirem. Yalan danışdığım insan bilmir ona yalan demişemse. Men tövbe etsem o insannan halallıq almalıyam? Yeni yalan danışdığımı demeden halallıq ala bilerem haqqını halal et deyib? Çox xaiş edirem cavablandırardızda)
Cavab: 

Va aleykum Salam. Yalan danışmaq böyük günahlardan sayılır və bu günahdan tövbə etməlisiniz. Əgər yalan danışmaqla yalan danışdığınız insana zərər vurmusunuzsa, bu halda tövbə etməklə bərabər ondan halallıq almalısınız. Əgər yalan danışmaqla yalan danışdığınız insana zərər vurmamısınızsa, bu halda ondan halallıq almaq vacib deyil. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: “Doğruluq adamı yaxşı işlər görməyə yönəldir. Yaxşı işlər isə adamı Cənnətə aparır. Həqiqətən, adam o qədər doğru danışır ki, nəhayət, Allah yanında doğruçu sayılır. Yalan isə adamı günah işlərə yönəldir. Günah işlər də adamı Cəhənnəmə aparır. Həqiqətən, adam o qədər yalan danışır ki, axırda Allah yanında yalançı sayılır” (Səhih əl-Buxari, 6094). Həmçinin oxuyun: Yalan danışmaqdan çəkinin!

Teqlər: 
Paylaş: