Abstrakt insan və ya heyvan şəkli çəkmək olarmı?

    24.02.2022
Kimdən: 
Zehra
Sual: 
Salam.abstrakt(qeyri real) insan ve ya heyvan yeni canli şekli çekmek gunahdir??qeyri real dedikde tutaqki insanin boynu uzundu heyatda olmayan insan heyvan qeyri real gunahdirmi cekmek??
Cavab: 

Va aleykum Salam. Dinimizdə ruhu olan varlıqların (insan və heyvan) şəklini çəkmək günah sayılır, fərq etməz istər bu varlıq real həyatda olmayan xəyali varlıq olsun, istər real varlıq olsun. Əksinə, bəzi alimlər xəyali varlıqları çəkməyin daha böyük günah olduğunu bildirmişlər. Buna dəlil isə Peyğəmbərimizin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Aişəyə (Allah ondan razı olsun) evdən asdığı qanadlı at şəklini çıxarmağı əmr etməsidir. (Muslim, 2107). Ətraflı oxuyun: Şəkil və animasiya çəkmək, həmçinin cansız əşyalara göz və ağız çəkmək icazəlidirmi?

Paylaş: