Şəkil və animasiya çəkmək, həmçinin cansız əşyalara göz və ağız çəkmək icazəlidirmi?

    12.03.2019
Kimdən: 
Çingiz
Sual: 
As-Salamu Aleykum. Men evvel ressamlıqla meşğul olmuşam. Bilirem ki, ruhu olan canlı tesviri çekmek günahdı ve daha çekmirem. 3 sualım var, üçüne de geniş cavab yazsanız sevinerem: 1. Kafir bayramı olan yeni il, Novruz bayramı, diger bu kimi günlerle bağlı çekdiyim şekillerin hökmü nedir? Günahdırmı? 2. Animasiyalarda olan canlı tesvirlerini çekmek günahdırmı? Meselen, bir şekilde ağzı, gözü olan; danışan maşınların tesvirini çekmişdim. Maşın eslinde cansız birşeydi, ama animasiyada onu canlı, danışan mexluq kimi göstermişdiler. Bunun hökmü nedir? Mcqueen idi animasiyanın adı 3. Bezen canlını abstrakt formada çekirler, gözü ağzı olmadan falan. Bu da günahdırmı? Allah sizden razı olsun
Cavab: 

Və aleykum Salam.
1. Qeyri müsəlmanların adət-ənənələri, bayramları ilə bağlı şəkil çəkmək qadağandır, çünki burada harama, kafirlərin adət-ənənələrinə və Allahın dinindən olmayan bir işə dəvət vardır. Onları yox etməyi və ya kimə vermisinizsə, geri götürüb məhv etməyi bacarırsınızsa, bunu edin. Uca Allah buyurun: "...Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir". (əl-Maidə, 2).
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) də bizə başqa ümmətlərə oxşamağı və onların adətlərini tərənnüm etməyi qadağan etmişdir. Həmçinin oxuyun:
Şəkil çəkdirmək olarmı?
Novruz bayramını qeyd etmək günahdırmı?
Yeni ili keçirtmək olarmı?
2. İstər animasiya, istər cizgi filmləri üçün canlı (ruhu olan) şəkil çəkmək haramdır. Lakin qeyd etdiyiniz kimi maşın, stol-stul, ağac və s. cansız əşyalara ağız, burun, göz qoyaraq canlı kimi təsvir edilməsi günah sayılmır. Çünki danışan maşın, ev, ağac və s. bu kimi təsvirlər əslən uydurmadır və əsli cansızdır. Qadağa canlı (ruhu olan) şəkilləri təsvir etmək barəsində gəlmişdir. Həmçinin oxuyun: Kömpüter qrafikası ilə canlı heyvan fiqurları çəkmək günahdırmı?
3. Sifət cizgiləri olmayan canlıları təsvir etməkdə bir qəbahət yoxdur.

Paylaş: