Evdə şam ağacının bəzədilməsi mənim inancıma və namazıma təsir edirmi?

    07.07.2022
Kimdən: 
Nigar
Sual: 
Əs-Səlamu əleykum. Sualım beledi evde şam ağacı bezeyenlere göre menim namazlarım inancım zedelenebiler mi? men bezemirem amma bezenmiş halda qalır da yaşadığım yerde. Nece edim? Onu da deyim ki bezeyen insanın dinle elaqesi yoxdu ve çox meneviyyatsız biridi.
Cavab: 

Va aleykum Salam. Sizin üzərinizə düşən yalnız onlara gözəl şəkildə bu əməlin günah olduğunu bildirməkdir. Bunu etməklə siz artıq üzərinizə düşəni etmiş olursunuz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: "Sizdən biriniz pis bir işi görərsə, onu əli ilə dəyişsin, bacarmasa, dili ilə, bunu da bacarmasa, qəlbi ilə dəyişsin. Bu da ən zəif imandır". (Muslim, 1/413).  Əgər sizə qulaq asmasalar, onların etdiyi əmələ görə sizə günah yazılmır və sizin nə inancınıza, nə də namazlarınıza təsiri yoxdur. Uca Allah buyurur: "Allah hər kəsi yalnız onun qüv­vəsi çatdığı qədər mü­­kəlləf edər. Hər kəsin qa­zan­dığı xeyir yalnız onun özünə, qazandığı şər də, yalnız öz əley­hinədir" (əl-Bəqərə, 286). Həmçinin buyurur: "Hər kəsin qazandığı gü­­nah yalnız öz əley­hinədir" (əl-Ənam, 164). Ətraflı bu cavabları oxuyun:

Teqlər: 
Paylaş: