Kişi borclarına görə ailəsinə laqeyd yanaşırsa, qadın nə etməlidir?
Sual:
Salam aleykum.erim obyektleri var iwleyir ama borclarida var. onu sebeb gosterib mene ve uwagin ehtiyacini odemir. Evime xebersiz qonag gelse onune cayin yanina vereceyim bir qend konfet bele yoxdu. mesuliyyetsizdi hekime aparmaq lazimdisa uzadir ve 1ay sora aparir. 2ilden coxdu bir paltari hem yay hem qiw geyinirem VALLAHi. Gunluk qazanci 2000+ ama borclarina verir. Mene baxmamaginada sebeb bunu gosterir. Menim ehtiyaclarim onun qazancinin yaninda hecnedi ama etmir. Ac qaldigim cox gunler oldu ama utanib dememiwem ona. O iwde yeyir gelir eve. uwagin paltari eynine kicikdi gorur ama almir.heckimin bu veziyyetden xeberi yoxdu.iwine gore hami bizi imkanli bilir.men nesihet edirem faydasi yoxdu
Cavab:
Va aleykum Salam. Ərinizin borcu olsa belə ailəsinə və övladına qarşı bu cür məsuliyyətsiz yanaşması düzgün deyil. Kişi ilk növbədə ailəsinin ehtiyaclarını ödəməlidir və bu onun üzərində bir haqdır. Ailənin ehtiyaclarını təmin etmək özü də ibadətdən sayılır. Əgər sizin nəsihətiniz fayda vermirsə, bu halda kişinin ailəsinə və ya öz ailənizə bu barədə xəbər verin ki, ərinizə nəsihət etsinlər. Həmçinin oxuyun:
Ərim mənimlə maraqlanmır, nə edim?
Kişi imkanı olduğu halda ailəsinə baxmırsa, qadın boşanma tələb edə bilərmi?