Qurana baxaraq ailə quracağımız şəxsin kim olacağını demək düzgündürmü?

    25.02.2022
Kimdən: 
Günay
Sual: 
Salam men üçün Quranı Kerim'i açıblar ve mene alın yazımı deyibler ve menim alın yazım olan insanı men sevmirəm ve onunla bir gelecegim olmasını istemirem ve ede bilerem ve burda mene günah sayılırmı mən istemeden edibler bunları zəhmət olmasa cavab verərdiz çox sağolun
Cavab: 

Va aleykum Salam. Quran Uca Allahın oxuyub əməl etmək və Onun yolu ilə getmək üçün insanlara nazil etdiyi Kitabdır. Quran öyüd-nəsihətdir. Uca Allah buyurur: "Bu Quran aləm­lər üçün öyüd-nəsihətdən baş­qa bir şey deyil" (əl-Qələm, 52). Hər bir insanın alın yazısı var və buna Qədər deyilir. Qədər qeybi iş olduğu üçün onu Uca Allahdan başqa heç kəs bilməz. Hətta peyğəmbərlər belə qədərlərində nə yazıldığını bilmirdilər. Uca Allah buyurur: "(Ey Muhəmməd) De: “Mən Allahın istə­di­yindən başqa özümə nə bir fayda, nə də bir zə­rər yetirmə­yə qadir deyiləm. Əgər qey­bi bilsəydim, əl­bət­tə, özüm üçün xeyir artırar­dım və mənə pis­lik toxunmazdı. Mən sadəcə, iman gətirən bir qövm üçün qorxu­dan və müjdə­lə­yənəm" (əl-Əraf, 188). Quran Muhəmməd peyğəmbərə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) nazil olmuşdur, əgər Quranda insanların alın-yazısı yazılmış olsaydı Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) özü barədə "Əgər qey­bi bilsəydim, əl­bət­tə, özüm üçün xeyir artırar­dım və mənə pis­lik toxunmazdı" deməzdi. Odur ki, hansısa bir şəxsin sizin alın yazınız olmasını iddia etmək yalandır. Uca Allah öz elmi ilə sizin gələcəyinizi əvvəldən bilsə də, sizin ailə həyatı qurmaq istədiyiniz şəxsi seçmək hüququnuz var. Qurandan istifadə edib güya ki insanların alın yazısını deyən şəxs ən böyük günahı qazanır və belə etməklə Allahın adından yalan danışmış olur. Əgər siz bununla razı deyildinizsə və bu, sizin icazəniz olmadan baş veribsə, buna görə sizə günah yazılmır. Sizin üzərinizə düşən belə şeylərə inanmamaq və onlarla razılaşmamaqdır. Daha ətraflı:
Quranla fala baxmaq olarmı və cadu deyilən şey varmı?
Quran açdırmaqla gələcəyi bilmək olarmı?

Teqlər: 
Paylaş: