Allah məni bağışlayarmı?

    04.05.2014
Sual: 
Salam aleykum. Menim choxlu gunahim var. Menim chox oglandan xoshum gelib. Amma indi sadece birini sevirem ve men evveller xalam oglunu sevmishem. Amma o kechmishde qalib. Onunla da danishmiriq. Onun gozunde pis qizam. Amma menim ureyim chox temizdir. Ushaqliq sehvlerim chox olub. Amma tovbem var, namaz qiliram ve men defelerle 1-2 qiza shehvet hissi ile baxmisham ve olub da onlarla bir yerde olmusham. Amma sadece dodaqdan opmek olub, bir yerde yatmaq olub. O qizlar qohumlarim olublar. Men tovbe etmishem ki, bir de bele sheyler elemeyecem. Hem de o ushaqligimda olub. Texminen 6-7-8 yashlarimda olub. Bilmirdim gunah oldugunu, amma bilenden sonra yene eledim. Hem de namaz qilirdim hemin vaxtlarda ve sonradan peshman olub tovbe etdim. İndi sualim budur ki, Allah meni bagishlayarmi? Men bir de o yollara qayitmayacam. Bir sevdiyim var. Allah qismet etse, inshallah boyuyende onunla evlenecem. Allah sizlerden razi olsun! Chox, chox-chox xahiş edirem ki, tez cavablandirasiniz ve birde ki, oruc tutsam gunahlarim azda olsa silinermi?
Cavab: 

Aleykum salam. Tövbə etsəniz və bir daha günaha qayıtmasanız, inşallah Allah Təala bağışlayar. Həmçinin, oruc tutsanız və digər yaxşı əməllər etsəniz, buna görə günahlar silinə bilər. Çünki, yaxşı əməllər, pis əməlləri silir. Uca Allah buyurur: "Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır". (Hud, 114).

Teqlər: 
Paylaş: