Namaza "əyilib-durmaq" deyən adam dindən çıxırmı?

    07.07.2022
Kimdən: 
Vvvv
Sual: 
Əssələmu aleykum. Sualım belədi ki, bir adam namaz qılır, oruc tutur, Quran oxuyur , yəni əhli sünnədi, əsəbləşib başqa namaz qılan qardaşına deyib ki, ,, sən əyilib qalxmaqla deyil ha, günahln çoxdu, burda əyilib qalxmaqla namazı nəzərdə tutub, amma namazla istehza etmək məqsədi, niyyəti ilə yox sadəcə əsəbləşib deyib amma həmən tövbə edib. Bu söz adamı dindən çıxarır, küfrə salırmı??
Cavab: 

Va aleykum Salam. Sözsüz ki, namaz barədə "əyilib-qalxmaq" ifadəsini işlətmək düzgün deyil. Namaz bir ibadətdir və sadəcə hərəkətlərdən ibarət deyil. Hər bir halda əməllər niyyətlərə görədir. Əgər məqsədi namazı ələ salmaq olmayıbsa, bu halda belə deməyi onu dindən çıxarmır. Həmçinin dediyi sözə görə tövbə etməyi də həmin insanın pis niyyətli olmamasından xəbər verir.

Teqlər: 
Paylaş: