Cənabət halında təyəmmümlə oruc tutmaq olarmı?

    05.05.2014
Sual: 
Salam aleykum. Bir gün de olsa, teyemmumle oruc tutmaq olarmi? Eger olmazsa, bes peygember dovrunde cenabet quslu olanda nece oruc tutublar? O vaxt indiki kimi sherait olmayib axi. Ve yaxud su olmayanda ne etmek lazimdir? Xahiş edirem mene bu barede etrafli melumat vererdiniz. Suallarimizi cavablandirdiginiz uchun size derin teshekkur edirem. Ne yaxshi ki, bu sayt var. Allah sizden razi olsun! Ele olur ki, her gun chimmek olmur!
Cavab: 
Aleykum salam. Oruc tutmaq üçün cənabət qüslu almaq şərt deyildir. Cənabət halında oruc tutmaq olar. Xəstə olduqda və ya su tapmadıqda isə təyəmmüm etməyə icazə verilir. Uca Allah buyurur: "Su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz". (əl-Maidə, 6).
Paylaş: