Ərdə olan qadının naməhrəm kişini sevməsi günahdırmı?
Sual:
Salam men yoldawimnan xowbext deyilem aileler bowanmaqa razi deyil qariwirlar ama meni anlamirlar yoldawim doymur soymur ama sevgisi yox isteyi yox mene toxunmaz . Menim icimde bowlug yarandi biriynen taniw oldum istemeyerekden oda xowbext deil ailesi qoymur bowanmaqa menim gunumdedi bir birimizden el ceke bilmirik oda mende xowbextik goruwmemiwik ama. Bilmek isteyirem biz bowanmaya bowanmaya nece halalliqnan goruwe bilerik? Sonuncda aileler qariwir bowanib evlenmek isteyirik aileler qoymadiqlarina gore zamana buraxmiwiq. Nece edek gunaha batmayaq? Her ikimizde Namaz qilaniq. Ayrilmaq istemirik zamana buraxib davam ede bilerik? Gunah sayilmazmi?
Cavab:
Va aleykum Salam. Ailəli qadının yad kişi ilə münasibət qurması haramdır, bu əməl zinaya və Cəhənnəm əzabına aparır. Evli qadın yalnız ərindən boşandıqdan sonra başqa kişiyə ərə gedə bilər. Həmçinin, əriniz sizə yaxın durmamaqla sizin haqqınıza girərək günah qazanır. Daha ətraflı: Evli kişi ilə evli qadın bir-birilərini sevə bilərlərmi?