Günahkar insanın ailəsinə edilən bəddua həyata keçə bilərmi?
Va aleykum Salam. Uca Allahın ədalətindəndir ki, O, bir insanın etdiyi səhv əmələ görə, onun ailəsi olsa belə, digər günahsız insanları cəzalandırmır. Uca Allah buyurur: "Hər kəsin qazandığı günah yalnız öz əleyhinədir. Heç bir günahkar başqasının günahını daşımaz" (əl-Ənam, 164). Həmçinin buyurur: “Hər kəs qazandığının girovudur” (ət-Tur, 21). Yəni hər kəs qazandığı günahın girovudur. Başqa bir ayədə buyurur: "Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz...". (əl-İsra, 15).
Əbu Ramsə (Allah ondan razı olsun) nəql edir ki, bir dəfə oğlumla birlikdə Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) yanına gəldim və Allah Rəsulu məndən: "Bu sənin oğlundur? – deyə soruşdu. Mən də: Bəli, Ey Allahın Rəsulu, mənim oğlumdur. Oğlum olduğuna da șəhadət edirəm, – deyə cavab verdim. Peyğəmbərimiz: " Bil ki, nə sən oğlunun etdiyi günaha görə qınanacaqsan, nə də oğlun sənin xətalarına görə qınanacaq" - dedi..." (Əbu Davud, 2/575; Musnəd İmam Əhməd, 2/226). Həmçinin oxuyun: