Çoxlu bəddua etmək haqqında və digər suallar

    11.04.2014
Kimdən: 
Günel
Sual: 
Salam aleykum. Sizden xahiş edirem sualimi cavablandirasiz. 1) Men son zamanlar chox beddua ve qarğışlar edirem. İnan ki, evveller bele deyildim. Heyatimdaki bezi insanlar meni bu hedde chatdirir. Özüm namaza yeni bashlamisham. Kimse qelbime toxunanda ve ya meni incidende esebilerimi cilovlaya bilmirem. Namazdan sonra da Allahin o insani cezalandirmasini isteyirem. Bezen peshman oluram. Buna gore bezen ise yox bed dua etmirem. Chunki bezi insanlar davranishlariyla bu bedduani haqq edir. Sizce men gunaha batiram? 2) Ölünü söyen shexs gunaha batirmi? 3) Bezen deyilir ki, ölmüş insanin ruhunu shad etmek uchun namaz qilib, hediyye etmek olar. O, cumleden de muqeddes insanlara meselen, Fatimeyi Zehra kimi... Bu ne dedrecede duzgundur? 4) Bizde evde ayaqyolu ve hamam bir yerdedir. Destemazi hamamda almagim duzgundurmu? Evvelceden teshekkur edirem. Butun bu suallar haqqinda yaxshi olardi ki, etrafli yazasiniz. Xahiş edirəm ki, cavabları qısa yazmayasınız. Çünki verdiyim bu sualları izahli cavablari menim üçün chox vacibdir. Allah sizlerden razı olsun!
Cavab: 

Aleykum salam.
1) Müsəlman bəddua və lənət edən olmamalı, əksinə daima xeyir dua edən olmağa çalışmalıdır. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki: "Peyğəmbərə (salləllahu aleyhi və səlləm); "Ey Allahın Rəsulu, müşriklərə bəddua edib onlara lənət et" - deyildi. Buna cavab olaraq Allahın Rəsulu (salləllahu aleyhi və səlləm) "Mən rəhmət olaraq göndərildim, lənətçi olaraq deyil" - deyə bildirdi.  
Lakin buna baxmayaraq insan zülmə, haqsızlığa məruz qaldıqda bəddua edə bilər. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bədduanı yalnız ən çətin və çıxılmaz anlarda edərdi. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) Məkkədə ona və müsəlmanlara əziyyət edən­lər haqqında: "Allahım, onları Sənə həvalə edirəm", - deyə dua etmişdir. Uca Allah, əziz Rəsulunun (salləllahu aleyhi və səlləm) bu qədər yumşaq dua et­məsini belə istəməmişdir. Həmçinin, haqsız yerə başqasına bəddua etmək, lənət etmək də təhlükəlidir. Çünki bəddua haqsız yerə edilərsə, sahibinə qayıda bilər. Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: "Hər hansı bir şeyə lənət etdikdə o, göy üzünə çıxar. Səmanın qapıları ona bağlanar. Sonra yerə enər, yer üzünün qapıları ona bağlanar sonra sağa-sola boylanar. Daxil olacaq bir yer tapmadıqda lənət edilən şəxsə gedər. Əgər o bu lənətə layiqdirsə, onda qalar, deyilsə lənət edənə qayıdar". (Əbu Dəvud; ət-Tirmizi). 
Bu hədisdən göründüyü kimi lənət haqsız yerə söyləndiyi zaman sahibinin özünə qayıdar. Odur ki, tez-tez bəddua edib adət halına çevirməkdən çəkinmək lazımdır. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Özünüzə, övladlarınıza, yanınızda işlətdiyiniz kəslərə və mallarınıza bəddua etməyin. Allahın duaları qəbul etdiyi ana rast gələr, O da qəbul edər". (Əbu Dəvud).

2) Ölünü söymək günahdır. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanında Əbu Cəhlə lənət oxunduqda belə demişdir: "Ölüləri söyməyin, çünki onlar artıq etdikləri əməllərinə qovuşublar". (əl-Buxari, 1393).
Həmçinin demişdir: "Ölülərimizi söyərək, dirilərimizə əziyyət verməyin". (əl-Buxari).

3) Ölmüş insan istər övliya, istərsə də adi müsəlman olsun, ruhunu şad etmək üçün namaz qılmaq və ya onun adından nəsə hədiyyə etmək olmaz. Çünki bu cür əməllər dində sonradan uydurlumuş bidət, yəni yenilikdir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Hər bir bidət (dində yenilik) zəlalətdir, hər bir zəlalət isə cəhənnəm odundadır".
Başqa bir hədisdə isə demişdir: "Kim bizim bu işimizə ondan olmayan bir şeyi əlavə edərsə, o rədd olunar”. (əl-Buxari və Muslim).
 
4) Hamamda və ya ayaqyolunda dəstəmaz almaq olar.

Paylaş: