Ayaq üstə su içmək haramdır, yoxsa məkruh?
Va aleykum Salam. Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) hədislərdə qadağan etdiyi şeylər həm haram, həm də məkruh mənasında ola bilər. Əslində qadağan olunan şeylər haram mənasındadır, lakin bəzən digər dəlillər bu əməlin haram deyil, məkruh mənasında olduğuna dəlalət edir. Məsələn, Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) ayaq üstə su içməyi qadağan etmişdir. (Səhih Muslim, 5396). Lakin başqa bir hədisdə Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) ayaq üstə su içdiyi bildirilir. Abdullah ibn Abbas (Allah ondan razı olsun) nəql edir: "Peyğəmbərimizə (salləllahu aleyhi və səlləm) zəmzəm suyu verdim, o, suyu ayaq üstə içdi". (əl-Buxari "Həcc", 76, Muslim, 117-119; ən-Nəsai "Mənasik", 166; İbn Məcəh "Əşribə", 21). Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) təvafı yekunlaşdırdıqdan sonra səy etmək üçün gedəndə zəmzəm suyu paylayanlara yaxınlaşıb onlardan bir qab su aldı və ayaq üstə içdi. Bu dəlalət edir ki, qadağa haramlıq üçün deyil, müstəhəbliyə görədir. Ayaq üstə içmək məkruh sayılır.
Üzə vurmağın qadağan olunması hədisinə gəlincə, bu qadağanı haramlıq dərəcəsindən məkruh dərəcəsinə salan başqa bir dəlil yoxdur. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Bir adamı vurduğunuz zaman üzünə vurmayın!" (Səhih əl-Buxari, 2559). Həmçinin oxuyun: