Uzandığın yerdə zikr etmək olarmı?
Aleykum salam. Uzanaraq zikr etmək olar. Uca Allah buyurur: "Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haq-qında düşünür (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!" (Ali İmran, 190-191).
Uca Allaha xeyir diləmək isə olmaz. Çünki bütün xeyirlər Uca Allahdan gəlir. Hədislərin birində Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) Uca Allaha salam verməyi qadağan etmiş və belə demişdir: "Allaha: "Sənə salam olsun!" deməyin, çünki Allah özü Salamdır".
Yəni bütün salamatlıq Allah Subhənəhu və Təaladan gəlir.