Xəstəlik səbəbindən hamiləliyə son qoymaq günahdırmı?

    11.07.2022
Kimdən: 
Ülviyyə
Sual: 
Salam eleykum men hamileliye basliyanda hedsiz pis panik atak yasadim ozumu idare ede bilmirdim hekime getdim oda bele halda sene heç bir mülice ede bilmik dedi ve bu panik atak halsizliq yuxusuzluq istahsizlıq meni temiz gucden saldi ve men usagin travma almasindan ve öz saglamliğimdan hedsiz qorxduğum ücün hamileliyime 3 ayliğinda mecburen son verdim ve indi niye eledim deye cox pesmançiliq çekirem sehetimde yene pisdi sizce menim gunahimin bagişlanmasi üçün ne etmeliyem evvelceden cox sag olun mene bir yol gosterin
Cavab: 

Va aleykum Salam. Uca Allahdan sizə şəfa diləyirik! Uca Allah itirdiyinizi daha xeyirlisi ilə əvəz etsin! Panik atak, yəni panika halına düşmək şeytanın vəsvəsələrinin səbəbidir. Bu psixiki xəstəliyə yalnız Uca Allaha sığınmaq və çoxlu zikr etməklə qalıb gəlmək mümkündür. O ki qaldı 3 aylıq hamiləliyinizə son qoymağınıza, bu cür məsələlər həkimlə məsləhət olunur. Əgər hamiləliyin davam etməsi sizə ciddi zərər verə bilərdisə, bu halda hamiləliyə son qoymaqla günah etmiş olmursunuz. Hər bir halda Allahdan bağışlanma diləyin. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: