Namazda tavarruk oturuşu barədə hədisi yaza bilərsiniz?

    29.04.2022
Kimdən: 
Nicat
Sual: 
Salam alekum va rahmatullah Allah size bereket versin tavarruq oturusunun hedis ile isnadi lazimdir,bildiyim qeder muslimde kecir ama tapa bilmedim
Cavab: 

Va aleykum Salam. Tavarruk - üç və dörd rükətli fərz namazların son rükətlərindəki təşəhhüd oturuşunda sağ ayağı dik tutaraq ayaq barmaqlarını qıbləyə yönəltmək, sol ayağı sağ ayağın baldırının altına salaraq yanı yerə qoymaqdır. Rəvayət edilir ki, Əbu Humeyd əs-Səidi (Allah ondan razı olsun) demişdir: "Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) namazın son rükətində oturduqda, sol ayağını yan tərəfə çəkib üzərində oturar, yanı üzərində tavarruk deyilən formada oturar, sonra salam verərdi". (Sunən ən-Nəsəi, 1262). 

Teqlər: 
Paylaş: