Qadın ərindən ona dini öyrətməsini tələb etməyə haqqı varmı?

    29.04.2022
Kimdən: 
Solmaz
Sual: 
Salam aleykum. Qadının ərindən dini öyrətməsini tələb etməsinə haqqı varmı?
Cavab: 

Va aleykum Salam. Hər bir kişiyə vacibdir ki, himayəsində olan insanları Cəhənnəm əzabından qorusun. Uca Allah bu xüsusda buyurur: "Ey iman gətirənlər! Özü­nüzü və ailə­nizi yanacağı in­san­lar və daş­lar olan od­dan qoru­yun!" (ət-Təhrim, 6). Bu ayə göstərir ki, hər biri kişiyə ilk növbədə özünü islah etmək üçün dində zəruri sayılan məsələləri öyrənmək, sonra isə bunu himayəsində olan zövcəsinə və öladdlarına öyrətmək vacibdir və qadın bunu kişidən tələb edə bilər. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Hər biriniz çobansınız və öz rəiyyəti altında olanlara görə məsuliyyət daşıyırsınız. Kişi öz ailəsinin (ailə fərdlərinin) çobanıdır (himayəçisidir) və himayəsi altında olanlardan məsuldur. Qadın öz ərinin evində himayəçidir və ailəsinə görə məsuldur. Qulluqçu öz ağasının mal dövlətinə baxımından himayəçidir və buna görə məsuliyyət daşıyır. Hər biriniz çobansınız və himayəsi altında olanlara görə məsulsunuz". (Səhih əl-Buxari, 2554; Səhih Muslim, 1829). Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: