Atamın xoşlamadığı kasıb qohuma yardım edə bilərəmmi?
Sual:
Salam aleykum. Atamın xoşlamadığı kasıb qohumuma yardım edəndə atam mənimlə mübahisə edirsə, o kasıb qohuma yardımı davam edə bilərəmmi?
Cavab:
Va aleykum Salam. Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "Miskinə sədəqə verməyin bir sədəqə savabı vardır. Qohuma sədəqə verməyin isə iki savabı vardır; sədəqə savabı və qohumluq əlaqələrini möhkəmlətmək savabı". (ət-Tirmizi, 658). Əgər kasıb qohumunuza yardım etmək atanızın xoşuna gəlmirsə, bu halda atanızın xəbəri olmadan ona yardım edin və çalışın bu barədə atanız bilməsin. Həmçinin oxuyun: Qohumluq əlaqələrini kəsməkdən çəkinin!