Başqasına salam göndərənin salamını unudaraq çatdırmayan günah qazanırmı?

    29.04.2022
Kimdən: 
Nahid
Sual: 
Salam aleykum. Biri məndən başqasına salam göndərəndə mənim yadımdan çıxırsa, günah qazanırammı?
Cavab: 
Va aleykum Salam. Uca Allah bu ümmətə unutduqları şeylərə görə günah yazmır. Uca Allah buyurur: "Ey Rəbbimiz, (bəzi buyurduqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma!..." (əl-Bəqərə: 286)Hədislərin birində bildirilir ki, Uca Allah buna cavab olaraq: "Bəli (cəzalandıran deyiləm)" – demişdir. (Səhih Muslim, 125). Həmçinin oxuyun: əl-Bəqərə surəsinin son üç ayəsinin izahı
Paylaş: