Bir yerin məscid hökmündə olması üçün hansı şərtlər olmalıdır?

    08.07.2022
Kimdən: 
Samir
Sual: 
Salam aleykum. Bir yerin məscid hökmündə olması üçün hansı şərtlər olmalıdır?
Cavab: 

Va aleykum Salam. Məscid - daimi olaraq beş vaxt namaz qılınması üçün ayrılmış yerlərdir. Məscidlər insanlara namaz qılmaq üçün vəqf edilmiş yerlərdir. Vəqf – bir şeyin əslini (özünü) saxlayıb, mənfəətini Allah yolunda xərcləməyə deyilir. Məscidlər artıq öz sahibinin mülkündən çıxmış ərazilərdir. Bu əraziləri satmaq qadağandır. Nəticə olaraq bir ərazinin məscid olması üçün aşağıdakı şərtlər olmalıdır:

  1. Namaz qılmaq üçün vəqf edilməli və sahibin mülkündən çıxmalıdır
  2. İnsanların namaz qılmasına izn verilməlidir
  3. Davamiyyətli olaraq beş vaxt namaz qılınmalıdır
Teqlər: 
Paylaş: