Allaha şərik qoşan valideyn üçün Allaha dua etmək olarmı?

    29.04.2022
Kimdən: 
Yunus
Sual: 
Salam aleykum. Dini elmi olmadığına görə Allaha şərik qoşan valideyn üçün Allaha dua etmək olarmı?
Cavab: 

Va aleykum Salam. Valideynlər Allaha şərik qoşmuş olsalar belə onların haqları övladların üzərindən düşmür. Övlad valideynini bu əməldən çəkindirməli və onları tövhidə (Allahı ibadətdə təkləşdirməyə) dəvət etməlidir, Allaha dua edib onları doğru yola yönəltməsini diləməlidir. Həmçinin onlar üçün Allahdan dünya və Axirət xeyirlərini diləyə bilər. Həmçinin oxuyun:

Valideyn haqqı barədə
İslama dəvət necə olmalıdır?

Ateist valideynlərlə biryerdə yaşamaq olarmı? Onlar öldükdə İslam qaydalarına uyğun dəfn edilirmi?

Teqlər: 
Paylaş: