Qeyri-müsəlman ölkəsində doğulan insan üzrlü sayıla bilərmi?

    20.07.2022
Kimdən: 
Cəfər
Sual: 
Salam aleykum. Başqa dində olan ölkədə doğulan insan üzrlü sayıla blərmi?
Cavab: 

Va aleykum Salam. Əgər qeyri-müsəlman bir ölkədə doğulan insana İslam dini barədə ümumiyyətlə məlumat çatmasa və bu insan İslam dinin barədə məlumat bilmədən dünyasını dəyişərsə, Qiyamət günü o üzürlü sayılacaq və hədisdə bildirildiyi kimi,o yenidən imtahan olunacaq. İslam dini barədə məlumatı olan, lakin onu qəbul etməyən insan isə üzürlü sayılmayacaq. Peyğəmbər (ona və ailəsinə Allahın saıamı və salavatı olsun) demişdir: "Muhəmmədin canı Əlində olan Allaha and olsun ki, bu ümmət­dən hər han­sı bir yəhudi və ya xristian mənim barəmdə eşidib, sonra da mənimlə göndə­ri­lənə iman gətirmədiyi halda ölərsə, mütləq Cəhənnəm əhlindən olar". (Muslim, 153). Daha ətraflı:

Cahillik üzrlüdürmü?
Qədimdə Allaha ibadət etməyə çağrılmamış insanların aqibəti necə olacaq?

Teqlər: 
Paylaş: