Səhər namazında oruc tutmaq üçün niyyət etməyi unudan oruc tuta bilərmi?

    28.04.2022
Sual: 
Salam. Səhər namazında oruc tutmaq üçün niyət etməyi unutdum. Orucum sayılarmı?
Cavab: 
Va aleykum Salam. Əvvəla bunu qeyd edək ki, niyyət qəlbdə olur. Oruc üçün niyyəti dilə gətirmək şərt deyil. Əgər Sübh azanına kimi qəlbinizdən səhər oruc tutacağınızı keçirmisinizsə siz artıq oruc tutmağa niyyət etmiş sayılırsınız. Həmçinin oruc tutmaq məqsədilə Sübh namazından qabaq durmusunuzsa, artıq niyyət etmiş sayılırsınız.
Həmçinin əgər tutduğunuz oruc fərz və ya qəza orucu deyilsə, yəni nafilə orucudursa, bu oruc üçün Sübh azanına qədər niyyət etmək şərt deyil. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, bəzən Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) səhər onun yanına gələr və soruşardı: "Sizdə yeməyə bir şey varmı?" Aişə (Allah ondan razı olsun): "Xeyr" dedikdə o: "O halda mən bu gün orucam" deyə buyurardı". (Səhih Muslim, 1154). Qəza və ya Ramazan oruclarında isə gecədən niyyət etmək şərtdir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) vacib orucu nəzərdə tutaraq demişdir: "Sübh namazından öncə oruc tutmağa niyyət etməyənin orucu məqbul sayılmır". (Əbu Davud, 2437; ət-Tirmizi, 726). Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: