Qadın ərinin ona verdiyi puldan sədəqə verə bilərmi?
Sual:
Salam aleykum. Yoldaşim mənə xərcləmək üçün pul verir. Bu puldan onun xəbəri olmadan kiməsə verə bilərəm? Yəni o pul artıq mənim sayılır, yoxsa yenə də ondan icazə almalıyam?
Cavab:
Va aleykum Salam. Əgər əriniz sizə ümumi ailə işləri üçün xərcləməyə pul verirsə bu puldan yalnız ərinizin icazəsi ilə sədəqə verə bilərsiniz. Əgər əriniz şəxsən sizin özünüzə pul verirsə, bu puldan onun xəbəri olmadan da sədəqə verə bilərsiniz. Lakin ailədə səmimiliyin qorunması üçün bu barədə ərinizə bildirməniz məsləhətdir. Həmçinin oxuyun: