Qəzəblənən anda ağla küfr bir şeyin gəlməsi günahdırmı?

    28.04.2022
Kimdən: 
Adil
Sual: 
Salam aleykum. Möhkəm qəzəblənən insan həmin anda ağlına küfr bir şeyin gəlməsi, sonra isə buna peşman olması o adama günah sayılırmı?
Cavab: 

Va aleykum Salam. Ümumiyyətlə insanın ağlına gələn, lakin dilinə gətirmədiyi pis və küfr fikirlərə görə ona günah yazılmır. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Allah vəd et­miş­dir ki, ümmətim müəyyən bir əməl etməyincə və ya bir söz danış­mayınca, on­ların qəlbinə gələn vəsvəsələrə və ya qəlbindən keçən fikirlərə görə onları cə­zalan­dırmayacaqdır” (əl-Buxari, 6664). Həmçinin oxuyun:

Allah haqqında pis şeylər düşünmək günahdırmı?

Teqlər: 
Paylaş: