Bank kreditini ödəmək üçün kiməsə borc vermək olarmı?
Sual:
Salam aleykum. Kimsə məndən borc istəyirsə, mən də bilirəm ki, o, bank borcunu ödəmək üçün istəyir. mən o adama borc pul verə bilərəm? Verirəmsə günaha batıram?
Cavab:
Va aleykum Salam. Alimlər bankdan faizə pul götürən şəxsə yalnız tövbə edib bir daha bu əmələ qayıtmayacağına söz verəcəyi halda borc verməyin və ya yardım etməyin icazəli olduğunu bildirmişlər. Əks təqdirdə siz ona bu haram işdə yardım etmiş və günah qazanmış olursunuz. Uca Allah buyurur: "...Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir". (əl-Maidə, 2). Həmçinin, oxuyun: Kredit götürmək haqqında