Kredit götürmək hansı hallarda günah deyil?

    20.07.2014
Kimdən: 
Sadir Əliyev
Sual: 
Salam. Ehtiyacı ödəmək, mənzil şəraitinin yaxşılaşmasını ödəmək üçün kredit götürmək günahdırmı?! Əgər günahdırsa, hansı hallarda günah deyil?! Təşəkkür edirəm!
Cavab: 

Aleykum salam. Kredit götürmək bütün hallarda haramdır. Səbr və dua ilə Uca Allahdan kömək və xeyirli ruzi istəmək lazımdır. Hədisdə buyurulur ki: "Rəsulullah (salləllahu aleyhi və səlləm) ribanı (faiz) yeyənə, yedirdənə (burada faiz alan və verən nəzərdə tutulur), (müqaviləni) tərtib edənə, şahidlik edənə lənət etdi və: "Onlar bərabərdirlər", – dedi. (Muslim, 4177).
Uca Allah buyurur: "Sələm (faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar... Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar. Allah kafiri, günahkarı sevməz!" (əl-Bəqərə, 275-276).
Həmçinin Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "(sahibini) həlak edən yeddi günahdan çəkinin...", və onların şirk, sehr etmək, cana qəsdetmək (onu öldürmək), yetimin malını haqsız olaraq yemək, Riba (faiz) yemək, döyüş meydanından qaçmaq və günahsız mömin qadınları zinakarlıqda ittiham etmək – olduğunu bildirmişdir". (əl-Buxari və Muslim).

Teqlər: 
Paylaş: