İki zövcəsi olan kişi zövcələrindən birinə maddi kömək etmirsə günah qazanırmı?
Va aleykum Salam. Ərinizin sizə belə münasibət göstərməsi günahdır. Uca Allah iki və daha artıq zövcəsi olan kişilərə qadınları arasında ədalətli davranmağı əmr edərək buyurur: "Birinə tamamilə meyl edib, digərini asılı vəziyyətdə qalmış kimi buraxmayın. Əgər özünüzü düzəldib Allahdan qorxsanız, şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir". (ən-Nisa, 129). Böyük təfsir alimi İbn Kəsir bu ayənin təfsirində demişdir:
"Uca Allah buyurur: "Birinə tamamilə meyil edib”, yəni qadınlardan birinə meyil etdiyiniz təqdirdə həddi aşıb, “digərini asılı vəziyyətdə qalmış kimi buraxmayın”, yəni digərini asılı vəziyyətdə saxlamayın. İbn Abbas, Mucahid, Səid ibn Cubeyr, əl-Həsən və başqaları demişlər: "Yəni, nə ərli kimi ərli, nə də boşanmış kimi boşanmış buraxmayın”. Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Kimin iki zövcəsi olsa və o, zövcələrindən yalnız birinə meyil etsə, Qiyamət günü üzünün bir tərəfi əyilmiş halda gələcək”. (Əbu Davud, 2133, 2135). Həmçinin oxuyun:
Əgər kişinin iki zövcəsi varsa, onların hər biri eyni hüquqa malikdirmi?