Yaxın adamın vəfat etməsi Allahın qədəridir, bəladır, yoxsa imtahandır?

    11.07.2022
Kimdən: 
Sadiq
Sual: 
Salam. Həyatda ən yaxın adam dünyasını dəyişirsə, bu qədərdi, bəladı, yoxsa Allahın imtahanıdı?
Cavab: 

Va aleykum Salam. Dünyadan köçən hər bir insan Uca Allahın qədəri ilə vəfat edir. Həyatda insanın başına gələn bütün müsibətlər bir imtahandır. İnsanın həyatda başına gələn müsibətlərlə Uca Allah onun günahlarını yuyur, dərəcəsini qaldırır və savabını artırır. Allah sevdiyi insanları daha çox imtahan edir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "İnsanlardan ən çox bəlaya düçar olanlar peyğəmbərlərdir, sonra (fəzilətdə) onların ardınca gələnlər, sonra onların ardınca gələnlər, sonra onların ardınca gələnlər". (İmam Əhməd "Musnəd", 27124). Əgər insan yaxınını itirdikdə Allahın qədəri ilə razılaşıb səbr edərsə və Allaha üsyan etməzsə, buna görə ona savab yazılar. Dünya həyatı fanidir, siz Allaha dua edin ki, hər ikinizi bağışlayaraq əbədi olan Cənnətə daxil etsin. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: