Allah məni bağışlasa da, mən özümü necə bağışlayım?

    09.05.2014
Sual: 
Salam aleykum. Men size chox sual vermishem. Allah razi olsun ki, cavablandirmisiniz. Menim gunahlarim o qeder choxdur ki, hele 14 yashim var, tovbe etmishem. Allahim meni bagishlasada, men ozumu bagisshlaya bileremmi? Bunu nece edim? Allah sizden razi olsun! Xahish edirem ki, tez cavablandirin!
Cavab: 

Aleykum salam. Məgər siz bu yaşa qədər yüz adam öldürəndən daha çox günah etmisiniz? Sizin özünüzü bağışlayıb bağışlamamağınızın Uca Allahın dərgahında heç bir əhəmiyyəti yoxdur. Bununla siz ancaq şeytana uyursunuz. Bax elə buna görə Uca Allaha tövbə edin, dində həddinizi aşmayın və şeytanı sevindirməyin. İnsan tövbə etmək istəyir, lakin şeytan ona hər cür şübhə gətirərək belə deyir: Sən dəhşətli bir günah işlətmisən, nə qədər tövbə etsən də bu günahın bağışlanmağı mümkün deyildir. Uca Allah böyükdür, O səni bağışlasa da gərək sən özünü bağışlamayasan. İnsan niyə bu hiyləyə aldanır? Ona görə ki, bu insan öz Rəbbini yaxşı tanımır. O bu məsələdə Uca Allahı insanla müqayisə edir. Uca Allah xəbər vermişdir ki, Onun tayı-bərabəri və bənzəri yoxdur. Bu o deməkdir ki, Uca Allahın bütün sifətləri məxluqların sifətlərindən tamamilə fərqlənir. Belə ki, Uca Allahın elmi, qüdrəti, görməsi, bağışlaması, mərhəməti və bütün sifətləri məxluqatların sifətləri kimi deyildir. Məsələn, biz bir insana qarşı pislik etsək, sonra gəlib ondan üzr istəsək, o bizi bağışlamaya bilər və ya əlacsız qaldığına görə çətinliklə bağışlayar, yaxud bizdən nəsə tələb edib bağışlaya bilər. Ancaq Uca Allah isə belə deyildir. Elə bir insan yoxdur ki, Uca Allahdan bağışlanma diləsin və Uca Allah onu bağışlamasın. Allaha tövbə etdiyinə görə nəinki, onun günahından keçir, hətta etdiyi o günahı silərək ona savab əməl olaraq əməl dəftərinə yazır. Uca Allah bu barədə belə buyurur: "Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir!" (əl-Furqan, 70).
Həmçinin, günahı etdiyi yerin əsər-əlamətini yox edir, əməlləri yazan mələklərə belə o günahı unutdurur. Hətta insan həmin günahı xatırladıqda onu fikrindən yayındırır ki, insan etdiyi əmələ görə üzülməsin. Uca Allah buyurur: "Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını diləyərsə, Allahın bağışlayan, mərhəmətli olduğunu görər". (ən-Nisə, 110).

Teqlər: 
Paylaş: