Namaz əsnasında ilan və əqrəbi öldürmək olarmı?

    11.05.2014
Kimdən: 
Baloğlan
Sual: 
Salam aleykum. Size bele bir maraqli sualim var. Goresen namaz əsnasında ilan və əqrəbi öldürmək olarmı? Yeni, bir nəfər 5 vaxt qılınan namazlardan birini qılmağa başlayır və bu zaman qarşısında ilan və ya əqrəb görür. O namazı saxlayıb onu öldürə bilərmi, yoxsa namazını tamamlamalıdır?
Cavab: 

Aleykum salam. Namazı saxlayıb ilanı və ya əqrəbi öldürmək olar. Çünki Peyğəmbər (salləllahu aleyhi va səlləm) belə buyurub: "Namaz qılarkən bu iki qaranı: ilanı və əqrəbi öldürün". Həmçinin, namaz qıldığı yerdə öldürmək mümkün olarsa, namazdan çıxmadan da öldürmək olar. 

Teqlər: 
Paylaş: