Quranda keçən andların əsas mahiyyəti nədən irəli gəlir?

    10.05.2014
Kimdən: 
İsa Rüfət
Sual: 
Salam aleykum. Quranda kechen bezi andlarin esas mahiyyeti neden ireli gelir ve bu andlarin menasi nedir? Meselen (and olsun turi sinaya, and olsun zulmet geceye).
Cavab: 

Aleykum salam. Uca Allah Qurani Kərimin bəzi surələrinin əvvəlində ulduza, Tur dağına, mələklərə və başqa müxtəlif məxluqlarına and içir. Bununla Uca Allah insanlara həmin məxluqların əhəmiyyətli olduğunu nəzərə çatdırır. Bəzi insanlar həmin ayələri dəlil gətirərək Allah Təaladan qeyrisinə - ata-anaya, övlada, qəbirə, bərəkətə, çörəyə və s. şeylərə and içməyə icazə verirlər. Uca Allahdan qeyrisinə and içmək isə böyük günahdır. Bu haqda Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Allahdan qeyrisinə and içən Allaha şərik qoşmuşdur". 
Həmçinin, o belə demişdir: "Uca Allah sizə atalarınıza and içməyinizi qadağan edir. Kim and içirsə, Allaha and içsin, yaxud sussun!" 
 

Teqlər: 
Paylaş: