Dua edirəm, lakin istədiyimin əksi olur, bu nədəndir?

    19.07.2022
Kimdən: 
Rasim
Sual: 
Salam aleykum. Mən dua edəndən sonra istədiyinin əksi olur. Fikirləşirəm ki, Allah mənim dua eləməyi qəbul etmir. Yoxsa bu şeytan vəsvəsəsidi?
Cavab: 

Va aleykum Salam. Dua ən əzəmətli ibadətdir və Uca Allah Ona dua etməyən quluna qəzəblənir. Uca Allah buyurur: "Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizə cavab ve­rim. Hə­qiqə­tən, Mənə ibadət etmə­yə təkəbbür gös­tə­rənlər Cə­hən­nəmə zə­lil ola­raq girə­cək­lər" (Ğafir, 60). Dua heç bir halda cavabsız qalmır. Əgər duada istədiyiniz həyata keçmirsə, demək ki, bu istədiyiniz sizin üçün xeyirli deyildi və Uca Allah sizin üçün daha xeyirlisini nəzərdə tutmuşdur. Uca Allah buyurur: "Ola bil­sin ki, sev­mədiyiniz bir şey si­zin üçün xeyirli, sevdi­yi­niz bir şey isə sizin üçün zə­rərli olsun. Allah bilir, siz isə bunu bilmir­si­niz" (əl-Bəqərə, 216). Ətraflı bu cavabları oxuyun:

Teqlər: 
Paylaş: