Ərəb hərflərinin həm orijinalını, həm də transkripsiyasını yaza bilərsinizmi?
Sual:
Salam aleykum. Zəhmət olmasa ərəb hərflərinin həm orginalını həm də transkripsiyasını yaza bilərsinizmi? Allah razı olsun!
Cavab:
Aleykum salam.
1. (أ - Əlif),
2. (ب - Bə),
3. (ت - Tə),
4. (ث - Sə - Dilin ucu üst və alt damağ dişlərinin arasına girərək pəltəkvari səslənir),
5. (ج - Cim),
6. (ح - Hə - Hülqumdan gələn boğaz hərfi),
7. (خ - Xa - Hülqumdan gələn boğaz hərfi),
8. (د - Dəl),
9. (ذ - Zəl - Dilin ucu üst və alt damağ dişlərinin arasına girərək pəltəkvari səslənən hərf),
10. (ر - Ra - Ağız boşluğunda tələffüz olunan yüngül titrəyişli qalın hərf),
11. (ز - Zə və ya Zeyn kimi səslənir),
12. (س - Sin),
13. (ش - Şin),
14. (ص - Sad - Qalın hərf),
15. (ض - Dad - Qalın hərf),
16. (ط - Ta - Qalın hərf),
17. (ظ - Za - Qalın hərf),
18. (ع - Ayn - Hülqumdan gələn qalın boğaz hərfi),
19. (غ - Ğayn - Hülqumdan gələn qalın boğaz hərfi),
20. (ف - Fə),
21. (ق - Qaf - Boğazdan gələn qalın hərf),
22. (ك - Kəf),
23. (ل - Ləm),
24. (م - Mim),
25. (ن - Nun - Ağız boşluğunda tələffüz olunub, səsi yüngülvari burun boşluğuna yüksələn hərf),
26. (و - Vav - Dodaqların qövsvari formasında meydana gələn hərf),
27. (ه - Hə - Sinədən gələn yumşaq nəfəs tonu və ya buna bənzər yüngül hava axını ilə səslənən hərf),
28. (لا - LəmƏlif),
29. (ي - Yə).