Namaz əsnasında yel çıxdığını zənn edən nə etməlidir?

    02.11.2022
Sual: 
Salam mən namaz qılarkən çox vaxt səssiz fıs kimi yel çıxır. Yenidən dəstəmaz almalıyammı? .hər namazda bu hal baş verir.
Cavab: 

Va aleykum Salam. Böyük ehtimal ki, bu şeytanın vəsvəsəsidir. Abdullah ibn Zeyd əl-Ənsari (Allah ondan razı olsun) rəvayət edir ki, bir nəfər namaz əsnasın­da özün­dən sanki yel çıxdığını hiss etdiyini Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) şikayət etdikdə Pey­ğəm­bər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bu­yurdu: "Bir səs eşitməyincə və ya bir iy duymayınca namazdan çıxma­sın!" (əl-Buxari, 137). Həmçinin oxuyun: Yel çıxması xəstəlik halını alarsa, namaz batil olurmu?

Teqlər: 
Paylaş: