Cənamaz üzərində namaz qılmaq icazəlidirmi?
Sual:
Temiz yerde ve yaxud Xalçanın üstünde, can namaz salıb namaz qılmaq ( secde etmek ) olarmı? Bidet deyil?
Cavab:
Əssələmu aleykum. Təmiz yerdə və ya xalçanın üzərində cənamaz sərib namaz qılmaq icazəlidir və bu, bidət sayılmır. Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) zövcəsi Məymunə (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bəzən cənamaz üzərində namaz qılardı. (əl-Buxari, 379. Muslim, 513).