Bərəkətin artması üçün hansı duaları etmək lazımdır?
Sual:
Salam. Menim yoldasimin pul qabinan pul ogramisdilar ve onan sonra yoldasimin bereketi qalmayib.men ne duallar, ne zikirler etmeliyem ki yoldasimin bereketi geri qayitsin.
Cavab:
Va aleykum Salam. Pul oğurlandıqdan sonra bərəkətin itməsini düşünmək düzgün deyil. Uca Allah öz hikməti ilə qullarının ruzisini bəzən artırır, bəzən isə azaldır, lakin əcəlləri çatana qədər heç vaxt onları ruzisiz qoymur. Uca Allah buyurur:
"Göylərin və yerin açarları Ona məxsusdur. O, istədiyinin ruzisini bol edər, istədiyininkini də azaldar. O, hər şeyi Biləndir." (əş-Şura, 12)
"Əgər Allah Öz qullarına bolluca ruzi versəydi, onlar yer üzündə həddi aşardılar. Lakin O, istədiyi şeyi qədərincə göndərir. Həqiqətən, O Öz qullarından Xəbərdardır, Görəndir." (əş-Şura, 27)
Ona görə də, Allaha təvəkkül edin və dualarınızı çoxaldın. Bu cavabı oxuyun: