Üzərində xristian duası gəzdirən şəxs oruc tuta bilərmi?

    19.07.2022
Kimdən: 
Elmin
Sual: 
Salam.bezi sebebden uzerimde xristian duasi gezdirirem.men oruc tutsam qebul olunurmu?
Cavab: 

Va aleykum Salam. Əvvəla bunu qeyd edək ki, dua - Uca Allahdan xeyir diləməkdir. Səbəb nə olursa olsun xeyir ummaq və ya şərdən qorunmaq məqsədilə üstündə dua gəzdirmək İslam dininə zidd əməldir. Həmçinin, digər dinlərin duaları Allahdan başqasından istəmək kimi şirk və küfr sözlərdən ibarət olduğu üçün onları oxumaq olmaz. Ona görə də, həmin kağızı üzərinizdə gəzdirmək olmaz. Ətraflı oxuyun: Həmzaddan qorunmaq üçün dua yazdırıb üstündə gəzdirmək olarmı?


Ramazan ayında oruc tutmaq isə hər bir müsəlmana vacibdir. Ətraflı oxuyun:

Ramazan ayının orucu

Orucu pozan amillər hansılardır?

Teqlər: 
Paylaş: