Həmzaddan qorunmaq üçün dua yazdırıb üstündə gəzdirmək olarmı?
Və aleykum Salam. Birincisi - dinimizdə hamzad deyilən bir şey yoxdur və Allahin qədərini heç nə dəyişdirə bilməz. İkincisi - bu cür yerlərə getmək olmaz. Üstəlik bu şəxslər də çox vaxt sehr-cadu üsullarına əl atırlar. Duaya gəldikdə, şəriətə görə öz üzərində dua gəzdirmək və ya onu harasa qoyub saxlamaq düzgün deyil. Dua - Allaha edilən müraciətdir, arzu etdiklərimizi Allahdan istəməkdir. Bir də qoruyucu dua və zikirlər (surələr, ayələr və hədislərdə qələn dualar) var. Bunlar da saxlamaq ilə yox, yalnız oxumaqla təsirli olur. Necə ki, bir dərmanı cibdə saxlamağın heç bir mənası və təsiri olmadığı kimi, duanın da boyundan asılmasında, paltara tikilməsində heç bir fayda yoxdur. Dərmanı içmək vacib oldugu kimi dua da hər dəfə edilməlidir. O cür saxta duaları və caduları yandırmağın, cırıb atmağın heç bir ziyanı yoxdur və əksinə, mütləq məhv edilməlidir. Əgər övlad məsələsində konkret tibbi bir problem tapilmirsa, bu halda İslam tibbində ruqyə müalicəsi almaq olar. Xüsusən də əgər baş ağrıları, boyun keyimələri, halsızlıq, əsəbilik, yuxuda diksinmək kimi hallar olarsa. Belə halda sehdən qoruyan surə və ayələr qulaq asmaq olar. Yəni, övlad olmamaqla yanaşı sadaladığımız o əlamətlər varsa, bu halda Quranla müalicə üsulu müalicəsini almaq olar. Ruqyə - göz dəymədən, sehrdən və digər şər amillərdən təmizlənmə və müalicə yoludur. Həmçinin, oxuyun:
Allahın kəlamı ilə müalicə
Ruqyə necə oxunur?
Seyyid anlayışı doğrudurmu?