Varlı, mömin ailədə doğulanla kasıb, günahkar ailədə doğulan şəxs eynidirmi?
Va aleykum Salam. Əvvəla bunu qeyd edək ki, bəzən imanlı və tərbiyəli ailədən kafir və günahkar övladlar çıxır. Necə ki Nuh peyğəmbərin (ona Allahın slamı olsun) oğlu və həyat yoldaşı kafir olmuşdur. Həmçinin Lutun (ona Allahın salamı olsun) arvadı kafir olmuşdur. Uca Allah bu xüsusda buyurur: "Nuh Rəbbini çağırıb dedi: “Ey Rəbbim! Axı oğlum da mənim ailəmdəndir. Sənin vədin, şübhəsiz ki, haqdır. Sən hakimlərin Hakimisən!” O dedi: “Ey Nuh! O, sənin ailəndən deyildir. Doğrusu, bu, (kafirlər üçün mədəd diləməyin) pis bir işdir. Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Həqiqətən də, Mən sənə cahillərdən olmamağı tövsiyə edirəm”. (Hud, 45-46). Həmçinin əksinə, bəzən günahkar ailədən imanlı və əxlaqlı övladlar çıxır. Necə ki İbrahim peyğəmbərin (ona Allahın salamı olsun) atası kafir olmuşdur. Uca Allah buyurur: "Atacan! Şeytana ibadət etmə! Həqiqətən, şeytan Mərhəmətli Allaha çox asi oldu. Atacan! Qorxuram ki, Mərhəmətli Allahdan sənə bir əzab toxunsun və beləcə, şeytana yoldaş olasan”. Atası dedi: “Sən mənim məbudlarımdan üzmü çevirirsən, ey İbrahim?! Əgər buna son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq ol!” (Məryəm, 44-46).
İnsanın olduğu mühit, həmçinin ətrafındakı insanların necə olmasına baxmayaraq, Uca Allah haqqa yönəlmək istəyənlərə hidayət verir, həmçinin günahdan çəkinmək istəyəni qoruyur. Keçmişdə etdiyi günahlara görə peşman olub tövbə edən, günahdan çəkinən şəxsi Allah bağışlayır. Həmçinin, arzuların həyata keçməsi üçün Uca Allaha çox dua etmək və duaların qəbul olunması üçün dinimizdə buyurulan qaydalara riayət etmək lazımdır. Ətraflı bu cavabları oxuyun: