Aşağıdakı hədis namazı azərbaycan dilində qılmağa dəlil ola bilərmi?

    13.04.2023
Sual: 
Enas demişdir : " Bir defe biz namazda iken bir nefer gelib nefəesi kəesile - kesile cergeye daxil oldu va : " alhamdulillah , hemden , kesiran , tayyiban , mubareken fih " - dedi . Peyğember namazını bitirdikden sonra soruşdu : " Bu kelmeleri deyen kim idi ? " Camaat susdu . Peyğember tekrar soruşdu : " Bu kelmeleri deyen kim idi ? " Adam : " Man tangnefes gelib bu kelmeleri söyledim " dedi . Onda Peyğember buyurdu : " Man on iki melek gördüm ki , bu sözü hansı daha tez Rabbinin hüzuruna qaldıracaq deye , bir - birini ötmeye çalışırdılar " ( Sehih Muslim , 1357 ) .Bu hedis sehihdir.İndi öz dilimizde namaz qilmaq niye olmur? Sizde delilinizi yazin quran ve sünneden.
Cavab: 

Əssələmu aleykum. Qeyd etdiyiniz hədis əslində belədir: Rəvayət edilir ki, Rifaa ibn Rafi əz-Zuraqi (Allah ondan razı olsun) demişdir: "Bir dəfə biz Pey­ğəm­bə­rin (salləllahu aleyhi və səlləm) arxasında namaz qılırdıq. Rukudan başını qaldırıb: "Səmi Allahu limən hə­midəh (Allah Ona həmd deyənləri eşidir)”- dedi. Arxasında duran bir nəfər isə: "Rabbənə və ləkəl-həmd, həm­dən, kəsi­ran, tayyibən, mubarəkən fihi (Ey Rəbbimiz! Sənə həmd olsun, özü də çoxlu, xoş, mübarək bir həmd!)”- dedi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) namazı bitir­dik­dən sonra soruşdu: “Bunu deyən kim idi?” (Əshabə): “Mən”- dedi. Onda Pey­ğəm­bər (salləllahu aleyhi və səlləm) buyurdu: “Mən otuzdan çox mələk gördüm ki, bu sözü hansı biri daha tez yazacaq deyə, bir-birini ötməyə çalışırdılar”. 

Qeyd etdiyiniz hədis heç də namazın başqa dillərdə qılınmasına dəlil deyil. Əksinə, bu hədis namazın məhz ərəb dilində - Peyğəmbərin (salləllahu aleyhi və səlləm) qıldığı kimi qılmağın vacib olduğuna dəlalət edir. Diqqət etsək görərik ki, hədisdə səhabə ərəb dilində "Rabbənə və ləkəl-həmd, həm­dən, kəsi­ran, tayyibən, mubarəkən fihi" dedi. Həmçinin rəvayət edilir ki, Malik ibn Huveyris (Allah ondan razı olsun) demişdir: "Mən qəbiləmizdən olan bir ne­çə adamla birlikdə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəldim və biz iyirmi gün onun yanında qaldıq. O (bizimlə) çox mehriban və mülayim rəftar edirdi. Nəhayət, bizim ailələrimiz üçün darıxdığımızı görüb dedi: "Qayıdın, onların yanında olun, bu dini onlara öyrədin, onlara namaz qıldırın. Məni necə namaz qılan görürsünüzsə, siz də o cür namaz qılın! Namaz vaxtı yetişdiyi za­man, qoy biriniz azan verib sizi namaza çağırsın və sizin ən yaşlı olanınız si­zə namaz qıldırsın” (əl-Buxari, 6008; Muslim, 624). Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: