Namazı öz dilimizdə qılmaq olar?
Sual:
Salam aleykum. Menim nenem namaz qilmir. Ereb dilinin qeliz olduqunu deyir. Men ona yazib verdim, amma oyrene bilmir. Bes oz dilimizde namazi qilarsa dinde bu qebul olunurmu? Axi Allah rehmlidir ve oz bendeleri uchun chetinlik yaratmaz. Bu haqda xahish ediren melumat vererdiz. Allah sizden razi olsun.
Cavab:
Aleykum salam. Ərəb dilindən başqa dildə namaz qılmaq olmaz. Namazda zikrlər və Quran surələri oxunur, Quran isə ərəb dilində nazil olmuşdur. Başqa heç bir dildə tərcümə Allah kəlamının mənasını olduğu kimi çatdıra bilməz. Uca Allah buyurur: "Həqiqətən, Biz onu ərəbcə Quran olaraq nazil etdik ki, (mənasını) başa düşə biləsiniz". (Yusuf, 2).
Həmçinin, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanında qeyri ərəblərdən olan səhabələrin olmasına baxmayaraq o, həmin insanlara öz ana dillərində namaz qılmalarını əmr etməmişdir. "Məni necə namaz qılan görürsünüzsə, siz də o cür namaz qılın!” (əl-Buxari, 6008; Muslim, 624). Əgər nənəniz oxumağı bacarırsa, namazın sözlərini vərəqdən oxuyaraq namaz qıla bilər.