Bəzi dindarların məsciddə rəqs etmələri doğrudurmu?

    10.11.2022
Kimdən: 
Ələkbər
Sual: 
Salam.Necəsiniz?Mənim suallarima həmişə cavab verirsiniz.Allah razi olsun.Televizorda baxib gördüm ki qari yerdə oturaraq quran oxuyr.Amma quran oxuduqca başini tez tez qabağa əyir sonra geri.Birdə dindar adamlarin məsciddə qəribə rəks etməyi.hecnə başa düşə bilmədim.Xahiş edirəm bunu izah edin.Cox sağ olun.
Cavab: 

Va aleykum Salam. Bəzi insanlar Quran oxuyarkən qeyri-ixtiyari başlarını önə və arxaya hərəkət etdirirlər. Əgər bu hərəkət ibadət məqsədi ilə deyil, insanın özündən asılı olmayaraq baş verirsə, bunda bir qəbahət yoxdur. Necə ki bəzi insanlar hərəkət etməklə Quran əzbərləməyə və ya oxumağa alışmışlar. Lakin əgər ibadət məqsədilə edirsə və bu əməlin savab olduğunu etiqad edirsə, bu bidət (dində yenilik) sayılır. 

Bəzi dindar insanların məsciddə rəqs etməklərinə gəlincə, bunun dində heç bir əsası yoxdur, bu əməl bidət və xurafatdır. Əsasən özlərini "sufi" adlandıranlar belə əməllər edirlər. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: