Hicab geyinməyən qadının yuxuda yarımçıq hicab görməsi nə məna bildirir?
Sual:
Salam mən uşaq vaxrından namaz qılıram amma hicab bağlamıram.Axır vaxtlar ürəyimdən keçirdim ki ,hicaba keçim.Qaynanama desim o,razı olmadı.Bu səhər sübh namazından sonra yuxuda görürəm ki,hicabdayam amma ayağımın bir hossəsi açıqda qalıb .Bunun menasını deye bilersiz?
Cavab:
Va aleykum Salam. Əvvəla bunu qeyd edək ki, həddi-büluğa çatmış qadının hicab bağlaması vacibdir və bunu hansısa bir insanın sözünə görə tərk etmək olmaz. Ətraflı oxuyun:
Yuxunuza gəlincə səhih hədislərə əsasən deyə bilərik ki, yuxuda paltar dinə və imana dəlalət edir. Yuxuda ayağın bir hissəsinin açıq qalması dini tam yerinə yetirməməyinizə dəlalət edir ki, bu da sizin hicab bağlamamağınızla əlaqəlidir. Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: “Yuxuda olduğum zaman insanlar mənə göstərildi. Onların əyinlərində köynəklər var idi. Bu köynəklərin bəzisi sinəyə çatırdı, bəzisi isə bundan aşağı idi. Ömər ibn Xəttabı da mənə göstərdilər. Onun əynində (ətəyi yerlə) sürünən bir köynək var idi.” (Əshabələr): “Bunu nəyə yozdun, ya Rəsulullah?”– deyə soruşdular. “Dinə (yozdum)!”– dedi. (əl-Buxari, 23).
Qeyd: Saytımızda yuxu yozmaları haqda suallara cavab verilmir. Bu sual barədə səhih hədis olduğu için istisnadır.
Həmçinin oxuyun: Yuxu haqqında