Burada sualları cavablandıranlar kimlərdir?
Sual:
Salam aleykum. Burdaki suallari cavablandiranlar sunnidiler yoxsa şiə? Men mohurle namaz qiliram ve bilirem ki, dogrudur. Men peygemberimizin yolu ile gedirem. Chox adam beledir. Yeni men gunde 3 defe namaz qiliram!
Cavab:
Aleykum salam. Bu sayt heç bir məzhəbi və təriqəti təbliğ etmir. Bu saytı açmaqda məqsədimiz Qurana və səhih hədislərə əsaslanaraq İslamı olduğu kimi insanlara çatdırmaqdır. İkinci sualınıza gəlincə, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) namazları gündə beş vaxt möhürsüz qılmışdır. İndi biz sizə belə bir sual veririk: "Əgər namazlar beşdirsə, nəyə görə namazları üç dəfə qılırsınız? Əgər namazların elə adları onların vaxtını bildirirsə, onları niyə birləşdirirsiniz? Minikdə namaz qılırsınızmı və qıldıqda möhürdən istifadə edirsinizmi?"